Maşının önündən qəfil keçən “BMW” sürücüsü qəza riski yaratdı - VİDEO

Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospektində kobud qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə martın 5-də saat 14:17 radələrində “Çermet” körpüsü üzərində qeydə alınıb. Belə ki, 77-TG-774 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Kadrlardan göründüyü kimi, o, hərəkətdə olduğu zolaqdan qəfil ən sağ zolağa keçərək görüntünü qeydə alan avtomobil üçün qəza riski yaradıb.
Daha sonra sürücü təhlükəsizlik adacığının üzərindən sağ tərəfə keçərək yenidən qayda pozub. Xoşbəxtlikdən qəza baş verməyib.
Qeyd edək ki, sürücülər zolağın boş olduğu əmin olduqdan sonra manevr edə bilər.
Digər tərəfdən təhlükəsizlik adacığı yolun müəyyən hissəsində nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməyən sahədir və buraya daxil olmaq həm qanun pozuntusu, həm də qəza riskini artırır. Sürücülər hər zaman zolaqlar üzrə manevr etməli və adacıq üzərindən keçməməlidirlər, əks halda ciddi inzibati məsuliyyətə cəlb olunurlar.
Nərmin
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












