Maşının qabağı göydə, nömrəsi və farası yox - Bütün qaydaları pozur - VİDEO

Avtomobilinin loqosunu dəyişərək ön qeydiyyat nişanı olmadan idarə edən sürücünün görüntüləri sosial şəbəkədə geniş yayılıb. Avtosfer.az-ın məlumatına görə, 99-RU-586 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü “Vaskaa.Bilecerii” nikiylə videolarını çəkərək “TikTok” sosial platformasında paylaşır. Videodan göründüyü kimi, o, maşının ön dövlət nömrə nişanını çıxararaq idarə edir. Qayda pozan sürücü həmçinin maşının loqosunu “Porsche”nin loqosuyla əvəz edib. Bununla yanaşı, avtomobilin arxa yaylarını kəsərək ön hissəsini qaldırıb. Sürücünün paylaşdığı digər videolarda isə maşını qəzalı vəziyyətdə idarə etdiyi aydın şəkildə görünür. Belə ki, bəzi görüntülərdə “VAZ”ın arxa faralarından biri yoxdur.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” Konvensiyaya görə, loqonun çıxarılması və ya digər markaya aid loqo ilə əvəz olunması qanunsuz hesab olunur. Bu əməl, markanın dəyişdirilməsi kimi qiymətləndirilir. Qanunvericiliyə görə, bu xətanı törətmiş sürücüləri 150 manat məbləğində cərimə gözləyir. Eyni zamanda avtomobilin qeydiyyat nişanlarından biri olmadan idarə edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü maddəsinə əsasən 40 manat cərimə tətbiq olunur. Nəqliyyat vasitəsinin xarici işıq cihazlarından biri olmadan istismarına görə isə İXM-nin 342.5-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə nəzərdə tutulub.
Nərmin
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












