Maşının qarşısına qəfil çıxan yeniyetmə qəzanın bir addımlığından döndü - VİDEO

Paytaxtın 8 Noyabr prospektində piyadanın yol hərəkəti qaydalarını pozması az qala qəza ilə nəticələnəcəkdi.
Avtosfer.az-ın məlumatına görə, hadisə martın 17-də saat 18:21 radələrində qeydə alınıb. Görüntülərdən aydın olur ki, yeniyetmə yolu müəyyən olunmamış hissədən keçməyə cəhd edir və bu zaman hərəkətdə olan avtomobillə toqquşma təhlükəsi yaranır. Son anda dayanaraq geri çəkilməsi onu qəzadan xilas edir.
Kadrlarda görünür ki, 99-QX-741 dövlət qeydiyyat nişanlı “Changan” markalı avtomobilin sürücüsü piyadaya yol vermək üçün dayanır. Lakin onun bu davranışı arxadan gələn nəqliyyat vasitələrinin hərəkətinə əngəl törədir, nəticədə yolda sıxlıq yaranır. Eyni zamanda, sol zolaqda hərəkətdə olan sürücü üçün də qəza riski formalaşdırır.
Xatırladaq ki, qanunvericiliyə əsasən, piyadalar yolu yalnız xüsusi ayrılmış keçidlərdən və təhlükəsiz şəraitdə keçməlidirlər. Keçid olmayan hissədə hərəkət edən piyada həm öz həyatını riskə atır, həm də digər hərəkət iştirakçılarını çətin vəziyyətdə qoyur. Digər tərəfdən, sürücülərin də belə hallarda qəfil dayanmaqla ümumi hərəkət axınına təhlükə yaratmaması, vəziyyəti qabaqcadan qiymətləndirərək daha təhlükəsiz davranış seçməsi vacib hesab olunur.
Nərmin
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












