Maşınlarını avtobus zolağında ard-arda park edən sürücülər - 99-KN-058 və 77-MX-941 - FOTO

Paytaxtın Binəqədi rayonu Süleyman Sani Axundov küçəsində dayanma-durma qaydasını pozan sürücülər kameraya düşüb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-a fotoşəkil göndərib. Belə ki, 99-KN-058 dövlət nömrə nişanlı “Toyota” markalı, 77-MX-941 dövlət nömrə nişanlı “Hyundai” markalı və digər avtomobillərin sürücüləri avtobus dayanacağını zəbt ediblər. Nəticədə avtobus sürücüləri dayanacağa daxil olmaqda çətinlik çəkiblər. İzləyicinin iddiasına görə, sözügedən avtomobillər uzun müddət ərazidə qalıb və sürücülər hadisə yerində olmayıb.
Qeyd edək ki, qanunvericiliyə görə, sürücülər avtomobillərini avtobusların dayanacağını bildirən xətlərin qurtaracağında və ondan 15 metr kənarda saxlaya bilərlər.
Xatırladaq ki, bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə görə, 40 manat məbləğində cəriməylə nəticələnə bilər.
Nərmin
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO













