Maşınlarını necə gəldi saxlayan sürücülər küçəni bağladı – 10-ZT-487 və 90-DM-898 - VİDEO

Paytaxtın Nəsimi rayonu, Elşən Naxçıvani küçəsində dayanma və durma qaydalarını pozan sürücülər sakinlərin narazılığına səbəb olub.
Bu barədə izləyicilərdən biri görüntüləri Avtosfer.az-ın “Whatsapp” ünvanına göndərərək məlumat verib. Kadrlardan görünür ki, 10-ZT-487 dövlət nömrə nişanlı “Tofaş” markalı avtomobil döngədə, 90-DM-898 dövlət nömrə nişanlı “KIA” markalı maşın isə yolun ortasında park edilib. Nəticədə küçədə hərəkət çətinləşib, əraziyə daxil olan və oradan çıxmaq istəyən avtomobillərin yolu bağlanıb.
Şikayətçinin sözlərinə görə, sözügedən sürücülər nəqliyyat vasitələrinin üzərində əlaqə üçün telefon nömrəsi də qeyd etməyiblər.
Qeyd edək ki, döngələrdə və yolun hərəkət hissəsini daraldacaq şəkildə avtomobil saxlamaq yalnız qayda pozuntusu deyil, həm də digər sürücülərin manevr imkanlarını məhdudlaşdırır. Xüsusilə yaşayış binalarının yaxınlığında belə park etmə halları təcili yardım, yanğınsöndürən və digər xüsusi xidmət avtomobillərinin hərəkətini də çətinləşdirə bilər. Bu səbəbdən sürücülərin avtomobili saxlayarkən yalnız öz rahatlıqlarını deyil, küçədən istifadə edən insanların hərəkət imkanlarını da nəzərə almaları vacibdir.
Nərmin
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












