Məktəbli sükan arxasına keçib “Sürmək üçün “prava”ya ehtiyac yoxdur” dedi - VİDEO

Avtomobili idarə edən yeniyetmənin videosu “TikTok” sosial platformasında paylaşılıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl Masazır qəsəbəsi Qurtuluş 93 yaşayış kompleksində qeydə alınıb. Belə ki, məktəbli 77-HA-059 dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib. Qayda pozan yeniyetmə dostunun “Sürücülük vəsiqən var?” sualına “Sürmək üçün “prava”ya ehtiyac yoxdur” deyərək cavab verib. Daha sonra avtomobili sürməyə davam edib.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 335.1 maddəsinə əsasən, nəqliyyat vasitəsinin sahiblik hüququ olan şəxs tərəfindən avtomobili sürmək üçün sürücülük hüququ olmayan şəxsə verilməsinə görə, fiziki şəxslər 60 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 2 000 manat məbləğində cərimə edilirlər.
Nərmin
Yolunu qısaltmaq istəyən sürücü kobud qayda pozdu - VİDEO
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO












