Musabəyov parkına tərəf çıxmaq istəyən sürücülər çətinlik çəkirlər - Necə olmalıdır? - VİDEO

Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışında paytaxtın Mətbuat prospektində sürücüləri narahat edən problemlərdən danışılıb.
Avtosfer.az-ın məlumatına görə, bildirilib ki, prospektdə yerləşən yaşayış kompleksinin sakinləri sola - Musabəyov parkı istiqamətinə çıxışa icazə verilməməsindən narazıdırlar.
Qeyd edilib ki, prospektin bu nöqtəsində hərəkət işıqforla tənzimlənir. Lakin çıxış yalnız sağa icazə verir. Nəticədə sürücülər "Azərbaycan" nəşriyyatının qarşısından geri dönməyə məcbur olurlar. Bunun əksinə olaraq, aşağıdan gələn avtomobillərə sola dönməyə icazə verilir. Digər məsələ isə nəşriyyatın yaxınlığında, Şərifzadə küçəsindədir.
Aparılan çəkilişdən sonra sözügedən ərazidə dayanacaq pavilyonu quraşdırılıb. Lakin burada əyləşmək vətəndaşlar üçün çətinlik yaradır. Belə ki, pavilyonun oturacağı hündür, kənarları isə açıqdır. Küləkli havada orada dayanmaq mümkün olmur, üstəlik tavanı çox hündür quraşdırıldığından yağış və qar zamanı əlavə narahatlıq yaranır.
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO












