"Nargilə" kafesinin qarşısında avtomobili fırladan sürücü insanları qorxuya saldı - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücünün videosunu oxuculardan biri qeydə alaraq redkasiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 10-da, saat 19:19 radələrində paytaxtın "Nargilə" kafesinin qarşısında baş verib. Belə ki, 77-KC-640 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü avtoxuliqanlıq hərəkətləri edərək şou göstərib. O, avtomobili fırladaraq həm təkərin yer səthində sürtünməsi səsləri çıxarıb, həm də çoxsaylı təkər izləri buraxıb. Oxucu bildirir ki, onun bu hərəkəti ətrafdakı insanları qorxuya salıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, həmin sürücü Xətai rayon DYP Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Xətai Rayon Məhkəməsi həmin şəxsin sürücülük hüququnu məhdudlaşdırmaqla maddi cəza kəsib.
Sözügedən videonu təqdim edirik:
Fərid
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












