Nömrəni saxtalaşdırıb "zerkalni" edən sürücü şəhərdə "at oynadır": Cərimələr başqasına yazılır - FOTO

Avtomobilin dövlət qeydiyyat nişanını saxtalaşdıran sürücü barəsində oxuculardan biri redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. O bildirir ki, həmin avtomobillə törədilən qayda pozuntusuna görə, barəsində elektron qərar tərtib edilib. Belə ki, sürücü 10-KA-896 qeydiyyat nişanındakı "9" və "6" rəqəmlərinə qara lent yapışdıraraq 8 rəqəminə çevirib. Bu səbəbdən radarlar həmin qeydiyyat nişanını 10-KA-888 kimi tanıyır.
Qeyd edək ki, həmin sürücü mayın 29-da, Abşeron rayonu, Fatmayı qəsəbəsində sürət həddini aşdığı üçün 10-KA-888 qeydiyyat nişanlı avtomobilin sürücüsü haqsız olaraq məsuliyyətə cəlb edilib. O, həmin nəqliyyat vasitəsinin saxlanılaraq duracağa yerləşdirilməsini və sürücü barəsində ciddi tədbirlər görülməsini xahiş edir.
Fərid
.jpg)


Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO












