Özünü "film ulduzu" kimi aparan sürücü yük avtomobilinin altında şou göstərdi - VİDEO

“Prius” sürücüsünün təhlükəli hərəkətləri sosial şəbəkələrdə yayılıb.
Avtosfer.az xəbər verir ki, video Bakı – Astara - İran sərhədi yolunda, Qaradağ postunun yaxınlığında qeydə alınıb.
Belə ki, “Toyota Prius” markalı avtomobilin sürücüsü yolda hərəkətdə olan 60-CB-761 qeydiyyat nişanlı “Maz” markalı yük avtomobilinin qoşqusu ilə gövdəsinin arasındakı boşluğa daxil olub. Daha sonra boşluqdan çıxaraq yoluna davam edib. Özünü film ulduzu hesab edən sürücü təhlükəli manevr edərək qaydaları pozub. Görüntülərdə yük avtomobilinə uzun beton blok yükləndiyi, yaranan boşluqdan isə “Prius” sürücüsünün sui-istifadə etdiyi əks olunub. Həmçinin yük avtomobilinin sürücüsü də bu manevrdən sonra əli ilə işarələr edərək qayda pozan sürücüyə xəbərdarlıq edib.
Məhəbbət Tərlanoğlu
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












