Paytaxtda “AA” seriyalı maşın velosiped zolağını zəbt etdi - VİDEO

Paytaxtda qaydaları kobud şəkildə pozaraq yanlış parklanan avtomobil görüntülənib.
Avtosfer.az xəbər verir ki, görüntülər Bülbül prospektində qeydə alınıb.
Belə ki, “Toyota Camry” markalı, 90-AA-320 qeydiyyat nişanlı avtomobilin sürücüsü velosiped zolağını zəbt edərək parklanıb. Bu da velosiped və skuter sürücülərinin rahat və təhlükəsiz hərəkətinə mane olub. Həmçinin zolaq tam zəbt olunduğu üçün velosiped və skuter sürənlər yolun hərəkət hissəsilə hərəkət etməli olub ki, bu da onlar üçün ciddi təhlükə mənbəyidir.
Qeyd edək ki, sözügedən sürücü dayanma-durma qaydalarını kobud şəkildə pozub.
Ümumiyyətlə bəzi sürücülərin digər hərəkət iştirakçılarının yolunu kəsməsi halları çoxalıb. Paytaxtın bir çox yerində belə hallara tez-tez müşahidə olunur. Bunun qarşısını almaq üçün isə konkret tədbirlərin görülməsi vacibləşib. Xüsusilə də piyadaların yolu olan səkilərdə avtomobillərin parklanması təhlükə saçan bir faktdır. Ümid edirik ki, yaxın zamanda müvafiq qurumlar bu məsələ ilə bağlı ciddi tədbirlər görəcək.
Məhəbbət Tərlanoğlu
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












