Paytaxtda "hoqqa verən" “Niva” sürücüsü belə ifşa oldu - VİDEO

Təəssüf ki, sosial şəbəkələrdə qayda pozub videoya çəkən, yaxud görüntülənən sürücülər tez-tez müşahidə olunur. Xüsusilə də “TikTok” sosial platformasında belə videolara daha çox rast gəlinir. Bir çox sürücünü buna vadar edən “fenomen” olmaq istəyidir.
Avtosfer.az xəbər verir ki, belə sürücülərdən birinin videoları da sosial şəbəkələrdə geniş yayılıb.
Belə ki, 99-ZP-041 qeydiyyat nişanlı “Niva” markalı avtomobilin sürücüsü törətdiyi qayda pozuntularını videoya çəkərək paylaşıb. Görüntülərdə nəqliyyat vasitəsinə bir neçə konstruksiya dəyişikliyi edildiyi əks olunub. Sürücü avtomobilin yaylarını kəsərək ön hissəsini qaldırıb. Həmçinin avtomobilə led işıqlar quraşdırılıb. Ətrafdakıların və sosial şəbəkə istifadəçilərinin diqqətini çəkməyə çalışan sürücü qaydaları heçə sayıb.
Bəzi sürücülərin bu tip hərəkətləri həm törətməsi, həm də sosial şəbəkələrdə paylaşması yetişməkdə olan gənc nəslə pis örnək olur.
Ümid edirik ki, sözügedən sürücü haqqında müvafiq qurumlar tədbir görəcək. Gələcək nəsillərə yalnış davranışların təbliğinin qarşısı alınar.
Məhəbbət Tərlanoğlu
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












