Piyada, yoxsa ölüm keçidi? – Kimdir təqsirkar? - VİDEO

Paytaxtda vətəndaşlar piyada keçidində təhlükəli anlar yaşayıb.
Avtosfer.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl Mikayıl Əliyev küçəsində, “Neolit dairəsi”ndə qeydə alınıb.
“Ford Fusion” markalı 99-NN-246 qeydiyyat nişanlı avtomobilin sürücüsü yüksək sürətlə keçiddən keçərək piyadaları gözləməyib. Bu an piyadalar təhlükə və qorxu dolu anlar yaşayıb. Piyadaların ayıqlığı nəticəsində bədbəxt hadisə baş verməyib. Lakin kiçik diqqətsizlik onlar üçün ölümlə, ya da ağır xəsarətlə nəticələnə bilərdi.
Qeyd edək ki, sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 50 manat cərimə olunmalıdır.
Vətəndaşlar deyir ki, ümumiyyətlə həmin piyada keçidində belə hallar tez-tez müşahidə olunur. Xüsusilə də günün qaranlıq saatlarında vəziyyət daha da qəlizləşir. Həm bəzi sürücülərin ədəbsizliyi, həm də müvafiq qurumların səhlənkarlığı səbəbindən piyadalar hər gün qorxulu anlar yaşayır. Belə ki, yolda zebra olsa da piyada keçidi ilə bağlı heç bir nişan qoyulmayıb. Bu da sürücüləri çaşdırır. Bəzi sürücülər isə sanki piyadaların həyatını heçə sayaraq heç nəyə məhəl qoymayaraq yüksək sürətlə yoluna davam edir.
Xatırladaq ki, yerdəki zebra nişanla birgə tətbiq oluna bilər.
Ümid edirik ki, məsələ ilə bağlı yaxın zamanda ciddi tədbir görüləcək. Piyadaların rahat və təhlükəsiz hərəkəti təmin olunar.
Məhəbbət Tərlanoğlu
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












