Piyadaların yolunu kəsib təhlükə yaradan sürücülər - FOTO

Təssüf ki, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq bəzi sürücülər səkiləri zəbt etməyə davam edir. Paytaxtın əksər yerlərində səkilərdə avtomobil park edən sürücülərə görə piyadalar yolsuz qalır.
Avtosfer.az xəbər verir ki, izləyicilərimiz tərəfindən göndərilən fotolarda da bu yol mədəniyyətindən xəbəri olmayan sürücülərin səkiləri zəbt etdiyi aydın şəkildə müşahidə olunur.
Təqdim etdiyimiz fotolar Səbail rayonu Bayıl qəsəbəsində çəkilib. “MITSUBISHI Montero”markalı 99-NA-607, “MITSUBISHI Pajero” markalı 10-PR-552, “İNFİNİTİ QX 70” markalı 99-RN-002 və “AUDI A6” markalı 90-UT-066 dövlət qeydiyyat nişanlı avtomobillərin sürücüləri həm qaydaları pozub, həm də piyadaların yolun kəsib. Yolu zəbt olunan piyadalar ya yolunu uzatmalı, ya da özünü təhlükəyə ataraq yolun hərəkətli hissəsinə çıxıb yoluna davam etməlidir.
Qeyd edək ki, adı çəkilən avtomobillərin sürücüləri İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən iyirmi manat, 346.2-ci maddəsinə əsasən qırx manat məbləğində cərimə edilməlidir.
Məhəbbət Tərlanoğlu
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO















