“Prius” sürücüsü 150 manatlıq cərimədən yayınmaq üçün görün nə etdi - VİDEO

Paytaxtın Qara Qarayev prospekti ilə Nəsimi küçəsinin kəsişməsində kütləvi qayda pozan sürücülər görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında qeydə alınıb. Görüntüdən məlum olduğu kimi, “Lexus”, “Toyota Prius” və “Hyundai” markalı avtomobillərin sürücüləri əks istiqamətli yolla hərəkət ediblər. Belə ki, onlar tıxaca düşməmək üçün əks zolağa keçiblər və qarşıdan gələn nəqliyyat vasitələrinə qəza təhlükəsi yaradıblar.
Qeyd edək ki, video sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Xüsusilə istifadəçilər “Lexus”la ara məsafəsinə məhəl qoymayan “Prius”a rəy bildiriblər. Belə ki, onlar “Prius” sürücüsünün dövlət nömrə nişanını müşahidə kamerasından gizlətmək üçün elə sürdüyünü bildiriblər.
Xatırladaq ki, sürücülərin törətdiyi qayda pozuntusuna görə İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat cərimə nəzərdə tutulub.
Nərmin
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












