Qarlı-buzlu yollarda olan sürücülər bunları mütləq bilməlidir - QAYDALAR

Yollarda diqqətli olaq. Maşına və təcrübəyə arxayın deyilsinizsə olduğunuz yerdə dayanın. Yollar qardan təmizlənib buz səpilincə hərəkəti davam etdirin. Maşında havalandırma sisteminə düzgün nəzarət edilməlidir. Yanacağı gedəcəyiniz yola uyğun seçin. Nəzərə alın ki, məsafə eyni olsa da zaman çox gedir və bu üzdən yanacaq sərfiyyatı arta bilər.
Buzlu yolda ara məsafəsi önəmlidir. Yeri gəldi gəlmədi əyləci basmayın. Belə havada aşağı sürətlə orta zolaq daha təhlükəsizdir. Çünki qar daha çox yolun kənarlarına toplanır.
Gecə yarısı buz bağlayan yollarda özündən deyən bütün maşınlar qəzaya düşə bilər. Sürücü peşəkar deyilsə qəza qaçılmazdır.
Şüşəsilənləri işlək saxlamaq, suya spirt qataraq donmanın qarşısını almaq faydalıdır.
Təkərlər üçün zəncir və qoşqu vasitəniz olsa yaxşı olar. Təkərlərin havasını da azaltmaq xeyirlidir.
Qarlı havada qəza baş versə adi qaydada yol polisinə xəbər verib sığortanı məlumatlandırmaq lazımdır. Qanunda elə bir şey yoxdur ki, qarda qəza olanda hərə öz maşının təmir etdirməlidir. Bunu sizə kim deyibsə yalan və səhv deyib. Qarşı tərəf şikayət etsə hadisə yerindən yayınmağa görə ağır cərimə oluna bilərsiniz.
Yolunuz rahat və təhlükəsiz olsun! Hər şey öz əlinizdədir.
Elməddin Muradlı
Piyada keçidini heçə sayıb maşını düz üzərində park etdi - VİDEO
Avtomobili elə yerdə saxladı ki, digər sürücülər çətinlik çəkdi – VİDEO
Yolunu qısaltmaq istəyən sürücü kobud qayda pozdu - VİDEO
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO











