Qarşıdan gələn maşına yol verməyən sürücü qəza şəraiti yaratdı - VİDEO

Zabrat–Maştağa yolunda qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə martın 4-də səhər saatlarında qeydə alınıb. Kadrlardan görünür ki, yolayrıcına daxil olan 50-EB-281 dövlət nömrə nişanlı “QAZ-3110” markalı avtomobilin sürücüsü manevr zamanı qarşıdan sağa gedən nəqliyyat vasitəsinə məhəl qoymadan hərəkət edib.
Nəticədə o, görüntünü qeydə alan sürücü üçün qəza şəraiti yaradıb. Qarşı tərəf toqquşmanın qarşısını almaq üçün hərəkətini saxlayıb.
Qeyd edək ki, qanunvericiliyə əsasən, yolayrıclarında manevr edən sürücülər hərəkət istiqamətini dəyişərkən digər nəqliyyat vasitələrinə mane olmamalı və üstünlük hüququ olan avtomobillərə yol verməlidirlər. Bu qaydaya əməl edilməməsi isə həm qəza riskini artırır, həm də sürücülər üçün inzibati məsuliyyət yarada bilər.
Nərmin
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












