Qayda pozan sürücü günahı o birinin üzərinə atdı: "Sən yol verməlisən" - VİDEO

Bakıda manevr qaydasını pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 6-da, paytaxtın Moskva prospektində qeydə alınıb. Belə ki, 01-CP-114 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü görüntünü qeydə alan avtomobilin qarşısına keçərək təhlükəli vəziyyət yaradıb. Bundan qəzəbiləşən sürücü irad bildirən zaman, həmin sürücü bəhanə etməyə başlayıb. O, "dönmə işığını sola yandırmısansa məni buraxıb getməlisən" deyərək özünə haqq qazandırmağa başlayıb. Lakin görüntünü qeydə alan sürücü zolağını sola dəyişmək fikrində olmadığını və dönmə işığını yandırmadığını bildirib. Videodan aydın şəkildə görünür ki, soldakı sürücü dönmə işığını sağa yandırıb. Qeyd edək ki, ikisi də eyni anda, yəni, biri sola biri sağa manevr etsələr belə, onda soldakı sürücü sağına yol verməlidir. Bu müddəa qanunvericilikdə də öz əksini tapıb.
"Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsinin V hissəsində qeyd olunub ki, eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir.
Fərid
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO












