Qayda pozan sürücü kameraya düşdüyünü görüb baxın nə etdi - 77-XX-913 - VİDEO

Suraxanı rayonu İlqar Musayev küçəsində kobud qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 30-da saat 18:53 radələrində qeydə alınıb. Videodan göründüyü kimi, 77-XX-913 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil sürücüsü qoşa xəttin tələbini pozaraq əks yolla hərəkət edib. Belə ki, o, qarşı zolağa keçərək digər hərəkət iştirakçılarına qəza riski yaradıb. Sürücü yol kənarındakı piyadanı götürmək üçün avtomobilin hərəkətini saxlayıb. İşin qəribə tərəfi isə piyadanın hadisəni çəkən sürücünü gördüyü zaman gülərək reaksiya verməsi olub. Sürücüyə vəziyyəti işarə edən piyada daha sonra avtomobilə əyləşib. Qayda pozan şəxs isə hərəkət istiqamətini dəyişərək ərazidən uzaqlaşıb.
Qeyd edək ki, sürücünün törətdiyi qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə 4 bal 150 manat cəriməylə nəticələnir.
Nərmin
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












