Qayda pozmayan sürücüyə başqa maşınların cəriməsi gəlir: "1000 manat ödəmişəm" - FOTO

Qayda pozmadığı halda məsuliyyətə cəlb edilən sürücü redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, müxtəlif avtomobillərin qayda pozuntularına dair elektron qərarlar səhvən bu sürücünün adına tərtib olunur. "Mən 99-NB-212 qeydiyyat nişanlı "VAZ" markalı avtomobili idarə edirəm. Lakin aidiyyəti olmayan bir neçə avtomobilin, hətta motosikletin cərimələri mənim adıma tərtib edilir. Təqdim etdiyim fotodan da görünür ki, 99-UA-681 qeydiyyat nişanlı "Mercedes" markalı, 10-A-575 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cəriməsi mənim adıma tərtib olunub. Hətta bir müddət əvvəl 1000 manata yaxın cərimə ödəmişəm. Lakin sonradan məlum olub ki, həmin qayda pozuntularını mən törətməmişəm" deyə sürücü bildirib.
O, tərtib edilmiş elektron qərarların ləğv edilməsini xahiş edir.
Fərid




Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO












