Şəhərin mərkəzində yeni il “yolka”sı kimi bəzədilən “BMW” CƏRİMƏLƏNDİ - VİDEO

Paytaxtda “yeni il” yolkası kimi bəzədilən avtomobilin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Avtosfer.az-ın məlumatına görə, 99-LP-949 dövlət nömrə nişanlı “BMW” markalı maşının sürücüsü nəqliyyat vasitəsinin üzərinə işıq cihazları quraşdırıb. Lakin avtomobilinə konstruksiya dəyişikliyi edən sürücü yol polisindən yayına bilməyib. Belə ki, o, "Malakan bağı"nda Səbail rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub.
Qeyd edək ki, avtomobilə əlavə işıq cihazlarının quraşdırılması qəzalara gətirib çıxarır. Bu, digər hərəkət iştirakçılarının fikrini yayındırmaqla yanaşı avtomobildə qısaqanmaya və yanğına səbəb ola bilər.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 342.5 maddəsinə əsasən, avtomobilə qanunsuz işıq cihazlarının quraşdırılmasına görə 50 manat məbləğində cərimə nəzərdə tutulub.
Nərmin
Piyada keçidini heçə sayıb maşını düz üzərində park etdi - VİDEO
Avtomobili elə yerdə saxladı ki, digər sürücülər çətinlik çəkdi – VİDEO
Yolunu qısaltmaq istəyən sürücü kobud qayda pozdu - VİDEO
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO












