Səkini anbar etdilər - 2 həftədir ki, piyadalar əziyyət çəkir - FOTO

Metronun "Həzi Aslanov" stansiyası yaxınlığındakı səki 2 həftədir ki, inşaat materialları ilə zəbt olunub.
Avtosfer.az xəbərt verir ki, bu barədə fotolar sosial şəbəkələrdə geniş yayılıb.
Belə ki, səkiyə yığılmış kərpic və konstruksiya materialları piyadaların yolunu kəsir. Sakinlər bildirib ki, səkidəki bu hal 2 həftədir hökm sürür. Həmçinin vətəndaşlar bu problemlə bağlı konkret hara müraciət etməkdə çətinlik çəkirlər. Onlara məsələlərin operativ həlli lazımdır.
Səkiyə yığılan materiallardan obyektin ikinci mərtəbəsinin inşasında istifadə ediləcək. Deməli, səki hələ bir müddət tikinti meydançasına çevriləcək. Lakin səki nə saxlanc yeri, nə də anbar deyil.
Qeyd edək ki, yol verilən hall qayda pozuntusudur. Piyadaların hərəkətinə mane yaradılmasına görə İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsində 40 manat məbləğində cərimə nəzərdə tutulub.
Məhəbbət Tərlanoğlu
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO















