Səkini zəbt edən sürücüləri siz də tanıyın - FOTO

Sosial şəbəkələrdə qayda pozaraq səkidə avtomobil park edən sürücülərin fotoları yayılıb.
Avtosfer.az xəbər verir ki, Əliəşrəf Əlizadə küçəsində 99-LF-791 qeydiyyat nişanlı “Mıtsubıshı Pajero” markalı və 10-LU-636 nömrə nişanlı “Mazda” markalı avtomobillərin sürücüləri dayanma-durma qaydalarını pozaraq səkini zəbt edib. Həmçinin sözügedən küçədə “Ford” markalı avtomobil də piyadalar üçün nəzərdə tutulmuş pandusun önünü kəsib.
Xətai prospektində isə 99-DD-351 qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobilin sürücüsü səkini zəbt etdiyi fotoda aydın əks olunub.
99-BR-786 dövlət nömrə nişanlı “Opel Astra” markalı avtomobilin sürücüsü isə maşınını Gənclər və İdman Nazirliyinə gedən yolda səkinin üzərində parklayıb.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma-durma qaydalarını pozan sürücülərin hər biri 20 manat məbləğində cərimə olunmalıdır.
Məhəbbət Tərlanoğlu





Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












