Sıxlığa düşmək istəməyən “BMW” sürücüsü avtobus zolağıyla hərəkət etdi - VİDEO

Paytaxtın müxtəlif küçələrində ictimai avtobusların rahat hərəkəti üçün xüsusi zolaqlar təşkil olunub. Lakin bu zolaqlar bəzən digər nəqliyyat vasitələri tərəfindən zəbt olunur. Xüsusilə tıxac zamanı bu görüntünün şahidi ola bilərik.
Nəsimi rayonu Rəşid Behbudov küçəsində qeyd etdiyimiz qaydanı pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə ötən il dekabrın 11-i saat 16:04 radələrində qeydə alınıb. Videodan aydın olduğu kimi,
77-FY-387 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü avtobuslar üçün nəzərdə tutulmuş zolaqla hərəkət edib. Belə ki, o, yolda yaranmış sıxlığa düşməmək üçün qayda pozmaqdan çəkinməyib.
Qeyd edək ki, avtobus zolağına daxil olan sürücülər İnzibati Xətalar Məcəlləsinə 327.1-ci maddəsinə uyğun olaraq, 40 manat cərimə oluna bilər.
Nərmin
Oyuncaq maşınla yolda şütüdü, məsuliyyətə cəlb olundu - VİDEO
Qayda pozan sürücü səhvini düzəldərkən yenidən qayda pozdu - VİDEO
Sürücü öncə nişanlanma xəttinin tələbini pozdu, sonra digər maşına təhlükə yaratdı - VİDEO
Sürücülərin tez-tez zolaq dəyişməsi qəza riskini artırır - MÜTƏXƏSSİS
"BakuBus" sürücüsünün təhlükəli hərəkəti: Avtomobilin yolunu kəsdi - VİDEO
Bakıda gözlənilməz qəza: Qırmızıda keçən velosipedçi maşına çırpıldı - VİDEO
Gəncədə KIA “Opel”lə toqquşdu - Yaralılar var - FOTOLAR
Qayda pozan sürücü təhlükə yaratdığı maşına siqnal da verdi - VİDEO
Narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olundu - FOTO
“Yol ver” nişanını gözardı edən sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
Qaydaları hələ də mənimsəməyən sürücü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO










