Sol zolağı zəbt edib yol istəyən sürücüyə “get o biri zolaqda sür” dedi - VİDEO

Bakı-Sumqayıt yolunda qayda pozan sürücü anbaan kameraya düşüb.
Avtosfer.az xəbər verir ki, hadisə yanvarın 11-i saat 12:26 radələrində qeydə alınıb. Belə ki, 77-AD-042 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü qəza işıqlarını yandıraraq sol zolağı zəbt edib. Nəticədə o, digər nəqliyyat vasitəsinin hərəkətinə maneə törədib və ötməsinə imkan verməyib. Şikayətçinin iddiasına görə, avtomobili idarə edən xanım hadisə zamanı telefonla danışıb. O, sürücüdən yol istədiyini, lakin xanımın əliylə işarə edərək “get o biri zolaqda sür” dediyini əlavə edib.
Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanunun 49-cu maddəsində qeyd olunub ki, eyni istiqamətdə üç və daha çox hərəkət zolağı olan yolda tam kütləsi 3,5 tondan çox olan nəqliyyat vasitələri həmin istiqamətdə sol kənar hərəkət zolağını tutmamalıdır. Bu qaydanın pozulmasına görə qanunda 40 manat cərimə nəzərdə tutulub. Həmçinin sürücü sükan arxasında mobil telefonla danışdığı üçün 50 manat məbləğində cərimələnə bilər.
Nərmin
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












