Sumqayıtda avtobus sürücüsünün təhlükəli manevr etməsinin səbəbi AÇIQLANDI - VİDEO

Sumqayıtda sərnişin avtobusunun təhlükəli manevr etməsinin səbəbi açıqlanıb.
Məsələ ilə bağlı "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, 500 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobusun qarşısındakı nəqliyyat vasitəsi qəfil dayandığından toqquşma riski yaranıb:
"Martın 22-si Sumqayıt Avtovağzalı istiqamətində hərəkət edən, "BakuBus" MMC-yə məxsus 500 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə təhlükə vəziyyət yaranıb.
İlkin araşdırma zamanı məlum olub ki, avtobusun qarşısındakı nəqliyyat vasitəsi qəfil dayandığından toqquşma riski yaranıb. Sürücü yaranmış qəza şəraitindən yayınmaq, həmçinin sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə məcburi manevr edib. Bu manevr nəticəsində yol hərəkətinin digər iştirakçıları üçün qısamüddətli maneə yaranıb.
Hadisə ilə bağlı tərəfimizdən dərhal xidməti araşdırma aparılıb. Sürücünün izahatı alınıb, onunla profilaktik söhbətlər aparılıb və peşəkar vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təkrar təlimlərə cəlb edilib"./oxu.az
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












