Sürətlə gələn "Prius" məktəbin ərazisinə "protiv" girdi - ANBAAN VİDEO

Sükan arxasında olan hər bir şəxs qanunla təsdiq olunmuş qaydalara riayət etməlidir. Təbii ki, bu qaydaların icrasında başlıca məqsəd təhlükəsizliyin təmin olunmasıdır. Hər hansı kiçik pozuntu belə böyük faciəyə səbəb ola bilər.
Sürücülərin ən çox əməl etmədiyi qayda pozuntularından biri də sürət həddinin aşılmasıdır. Bu qaydanı pozanların bir qismi yalnız yollarda deyil istənilən ərazidə avtomobili yüksək sürətlə idarə edir. Xüsusilə onlar yaşayış komplekslərində, məhəllələrdə, məktəb və bağçaların həyətində sürət həddini aşaraq insanlara təhlükə yaradırlar. Qanunazidd hərəkət edən belə sürücülər unutmamalıdır ki, bu, qəzanı qaçılmaz edir. Ən pis halda təbii ki, insan ölümüylə nəticələnir.
İşıqlandırdığımız qayda pozuntusuyla bağlı izləyici Avtosfer.az-a videomaterial göndərib. Bildirib ki, hadisə bu gün səhər saatlarında Zığ şossesi yaxınlığında yerləşən “SABIS Sun İnternational School”un ərazisində qeydə alınıb. Görüntüdən aydın olduğu kimi, 77-BC-213 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü əks istiqamətli yol ilə hərəkət edib. Şikayətçinin iddiasına görə, qayda pozan sürücü bununla kifayətlənməyərək sürət həddini aşıb. Taksi sürücüsünün yüksək sürətlə hərəkət etməsi hər şeydən öncə şagirdlərin həyatı üçün təhlükədir. Şikayətçi bir valideyn olaraq bu vəziyyətdən narahat olduğunu və əməli törədən sürücüylə bağlı lazımi tədbir görüləcəyinə ümid etdiyini əlavə edib.
Nərmin
Oyuncaq maşınla yolda şütüdü, məsuliyyətə cəlb olundu - VİDEO
Qayda pozan sürücü səhvini düzəldərkən yenidən qayda pozdu - VİDEO
Sürücü öncə nişanlanma xəttinin tələbini pozdu, sonra digər maşına təhlükə yaratdı - VİDEO
Sürücülərin tez-tez zolaq dəyişməsi qəza riskini artırır - MÜTƏXƏSSİS
"BakuBus" sürücüsünün təhlükəli hərəkəti: Avtomobilin yolunu kəsdi - VİDEO
Bakıda gözlənilməz qəza: Qırmızıda keçən velosipedçi maşına çırpıldı - VİDEO
Gəncədə KIA “Opel”lə toqquşdu - Yaralılar var - FOTOLAR
Qayda pozan sürücü təhlükə yaratdığı maşına siqnal da verdi - VİDEO
Narkotik qəbul edib sükan arxasına keçən şəxs həbs olundu - FOTO
“Yol ver” nişanını gözardı edən sürücü motosikletçini təhlükəyə atdı - VİDEO
Qaydaları hələ də mənimsəməyən sürücü yolayrıcında qəza şəraiti yaratdı - VİDEO










