Sürücü maşını azyaşlıya verib özü yan oturacaqda əyləşdi - VİDEO

Avtomobil idarə edən yeniyetmənin videosu “TikTok” sosial platformasında paylaşılıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl Gəncədə qeydə alınıb.
Belə ki, azyaşlı 10-FG-620 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobili sürür. Avtomobilin sahibi isə yan oturacaqda əyləşib və arxada oturan sərnişin yeniyetməni lentə alıb.
Qeyd edək ki, sosial şəbəkə istifadəçilərinin bir qismi videoya müsbət reaksiya versə də, qalanı onun bu yaşda avtomobili idarə etməsinin təhlükəli olduğunu bildirib.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 335.1 maddəsinə əsasən, nəqliyyat vasitəsinin sahiblik hüququ olan şəxs tərəfindən avtomobili sürmək üçün sürücülük hüququ olmayan şəxsə verilməsinə görə, fiziki şəxslər 60 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 2 000 manat məbləğində cərimə edilirlər.
Nərmin
Yolunu qısaltmaq istəyən sürücü kobud qayda pozdu - VİDEO
Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi - 99-AR-080 - VİDEO
Motosikletin yolunu kəsən evakuator sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Əks yola çıxıb qarşıdan gələn maşının yoluna girdilər - VİDEO
Bu yolda belə etməyin: Qayda pozanlar cərimələnir - VİDEO
Göz görə-görə velosipedçini sıxışdırıb təhlükəli anlar yaşatdı - VİDEO
Sumqayıtdakı bu dairə sürücüləri çaşdırır; qaydalar nə deyir? - VİDEO
Ona yol verməyən sürücüdən belə qisas aldı, ardınca isə… - 99-TL-953 - VİDEO
Qarşıdan gələn maşının yoluna qəfil çıxıb təhlükəli anlar yaşatdı - VİDEO
M4 sağ zolaqdan düz getdi: Qayda pozuntusudur, yoxsa avtobuslara icazə verilir? - VİDEO
Skuterlə yolayrıcına necə gəldi girib qəza təhlükəsi yaratdı - VİDEO











