Sürücü pul verməmək üçün maşını səkiyə çıxardıb park etdi - 90-PN-439 - VİDEO

Paytaxtda səkini zəbt edən avtomobil görüntülənib. Avtosfer.az xəbər verir ki, 90-PN-439 dövlət qeydiyyat nişanlı “Ford Focus” markalı avtomobilin sürücüsü səkidə parklanıb. Çox güman ki, o, parklanma üçün pul ödəməmək məqsədilə bunu edib. Çünki yaxınlıqda yolun kənarında avtomobillər üçün parkinq var.
Sürücü piyadaların hərəkətini məhdudlaşdıraraq yol hərəkət qaydalarını kobud şəkildə pozub.
Təəssüf ki, sürücülər tez-tez piyadaların təhlükəsiz hərəkəti üçün təşkil olunmuş səkilərdə parklanır. Belə hallarda piyadalar yolun hərəkət hissəsinə keçməyə məcbur olur ki, bu da çox vaxt piyada vurma hadisələrinə səbəb olur.
Qeyd edək ki, həmin sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən 20 manat məbləğində cərimə olunmalıdır, səkidə hərəkətə görə 40 manat da cərimə tətbiq oluna bilər.
Məhəbbət Tərlanoğlu
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












