Sürücü qayda pozub törətdiyi əmələ haqq qazandırdı: “Özüm bilərəm” - VİDEO

Paytaxtın “Nərimanov” metrostansiyasının yaxınlığında qayda pozan sürücü görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə martın 14-ü saat 16:35 radələrində baş verib. Videodan göründüyü kimi, 77-PE-784 dövlət nömrə nişanlı “Khazar” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, o, hərəkətdə olan avtomobilin zolağına keçməyə cəhd edib. Bu zaman sürücü siqnal verərək ona xəbərdarlıq edib və qayda pozan şəxs yenidən öz yoluna qayıdıb. Daha sonra sürücülər arasında kiçik mübahisə yaranıb. Təhlükəylə üzləşən sürücü ona “güzgü göstərmir? görünmür?” - deyə, sual verib. Qayda pozan sürücü isə “özüm bilərəm, dönmə işığını yandırmışdım” deyərək törətdiyi qayda pozuntusuna haqq qazandırıb. Bu zaman sürücü daha çox qəzəblənib.
Qeyd edək ki, bəzi sürücülər dönmə işığını yandırdıqları zaman manevr qaydasını pozmadıqlarını düşünürlər. Lakin hər iki halda sürücülər qaydanı pozmuş olurlar.
Nərmin
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












