Sürücülərə vacib xəbər: Bu halda cəriməniz silinməlidir

Sürücülərin ən çox şikayətləndikləri hallardan biri cərimələrlə bağlıdır.
Bu dəfə təqdim etdiyimiz mövzu cərimə edilən sürücülərin bu hüququ ilə bağlıdır.
Sual: Qaydanı pozan sürücüyə cərimə haqqında bildiriş hansı müddətdə təqdim olunmalıdır?
Avtosfer.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 38.6. maddəsində qeyd olunur ki, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz.
Bu bəndən belə aydın olur ki, siz qaydaları pozduğunuz gün sizə cərimə olunmağınız barədə bildiriş gəlməyibsə,sonrakı vaxtlarda göndərilən cərim bildirişi etibarsız sayılır.
Bəs,bu hallarla rastlaşan şəxslər nə etməlidir?
Sürücü bu kimi hallarla qarşılaşdığı hallarda Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin “902” telefon nömrəsinə, (+994 12) 342 32 82 şəhər telefonları vasitəsi ilə məlumat verə bilərlər.
Həmçinin, vətəndaşlar müraciət, sual, şikayət və təkliflərini 050 996 91 97 nömrəsinə zəng edib bildirə, həm də “Whatsapp” vasitəsilə mesaj şəklində göndərə bilər.(oxu24.com)
Zolağına sığmayan sürücü maşını sıxışdırıb qəza şəraiti yaratdı - VİDEO
Diqqət çəkmək istəyən sürücü qaydalara məhəl qoymadı – 50-DN-816 - VİDEO
Adacığın üzərindən sağa keçən taksi sürücüsü qəza şəraiti yaratdı - VİDEO
Qaranlıqda qəfil manevr edib qəza şəraiti yaratdı – 77-KC-374 - VİDEO
Əks yola çıxıb qəza şəraiti yaratdı, sonra qırmızıda keçdi - VİDEO
Maşının işıqlarını söndürüb taksi işləyən sürücü - VİDEO
Nəsimidə “şou” göstərən moped sürücüsü ölümə meydan oxudu - VİDEO
Qarşıdan gələn maşınlara yol vermədən əks yola çıxdı - 77-JR-972 - VİDEO
Bakıda “Hyundai” sürücüsü avtobusu digər zolağa sıxışdırdı - VİDEO
Bilərkdən qayda pozan sürücü özünə haqq qazandırdı - VİDEO
Bakıda qayda pozan “BYD” az qala motosikletlə toqquşacaqdı - VİDEO












