Sürücülərin diqqətinə! Bu yolda diqqətli olun, qaranlıqda qarşınıza qəfil piyada çıxa bilər - VİDEO

Bakıda elə bir ərazi var ki, həmin hissə bir neçə rayonun ərazisinə düşdüyü üçün hər rayon məsuliyyəti öz üzərindən atmaqla məşğul olur.
Avtosfer.az xəbər verir ki, Ziya Bünyadov prospektinin bir hissəsi Nəsimi, bir hissəsi Binəqədi, bir hissəsi isə Nərimanov rayonunun payına düşən ərazidə vətəndaşların narazılığına səbəb olan şərait yaranıb. Yaranan vəziyyət həm də sürücüləri narahat edir.
Belə ki, “20 Yanvar” metrosundan Ziya Bünaydov prospektinə doğru irəliləyərkən DİN Çevik Polis Alayının binasına çatmamış yerüstü keçid quraşdırılıb. Buna baxmayaraq, ərazidə yaşayan piyadalar həmin keçiddən istifadə etmirlər. Ərazini işıqlandırmağı üzərinə götürməyən icra hakimiyyətləri vətəndaşları yerüstü keçiddən də istifadə etməyə şərait yaratmayıb. Mütəxəssislərin fikrincə, həmin hissədə yerüstü keçidə ehtiyac yoxdur. Onsuz da, köməkçi yoldur və sürət də həmişə aşağı olur. Buna görə o hissədə “zebra” təşkil edilməli və ərazi daha diqqət çəkəcək formada işıqlandırılmalıdır. Əks halda, ərazidə ağır yol-nəqliyyat hadisələrinin baş verməsi intensivləşəcək.
Səfər
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO










