Sürücülərin illərlə çözülməyən dərdinə çarə axtarılır: Cərimə artırılacaq, yoxsa parklanma yerləri? - FOTO

Yol hərəkəti qaydalarının pozulması, dayanma-durma ilə bağlı tələblərin sərtləşdirilməsi nəzərdə tutulur. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
Dayanma-durma və parklanma yerləri ilə bağlı problemlər Bakıda sürücülərin uzun illərdir həllini gözləyən dərdləri sırasındadır.
Maraqlıdır, cəzaların sərtləşdirilməsi ilə problemin aradan qaldırılmasına nail olmaq mümkündürmü?
Avtosfer.az xəbər verir ki, oxu.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bu fikirdədir ki, ölkəmizdə dayanma-durma, parklanma məsələləri kifayət qədər keyfiyyətlə, uğurlu tənzimlənməyib:
“Bu gün yaşayış, qeyri-yaşayış obyektlərinin heç birinin parklanma yerləri yoxdur. Heç biznes mərkəzlərinin çoxunun, xəstəxanaların belə, parklanma yerləri təşkil olunmayıb. Vətəndaş avtomobilini yolun qırağında, parklanmanın nəzərdə tutulmadığı, dayanma-durmanın qadağan olduğu yerdə saxlamağa məcbur olur. Çoxmərtəbəli, dəbdəbəli biznes mərkəzlərini tikirlər, ancaq parklanmanı nəzərə almırlar. Həmin biznes mərkəzlərinə gələnlər maşınlarını harada gəldi saxlamalı olur. Bu isə sıxlığa, tıxaclara gətirib çıxarır. Bunun bariz nümunəsi kimi Babək prospektini göstərə bilərik”.
“Buna görə də dayanma-durma qaydalarının sərtləşdirilməsinə ehtiyac var. Amma buna Dövlət Yol Polisi nəzarət etməlidir, yəni əvvəlki təcrübə olmamalıdır. Xatırlayırsınızsa, bir neçə il öncə ləğv olunmuş Bakı Nəqliyyat Agentliyi dayanma-durma qaydalarının pozulmasına görə sürücüləri əsaslı-əsassız, dəfələrlə cərimələyirdi. Bu belə olmamalıdır.
Fikrimcə, cərimələrin artırılması çıxış yolu deyil. Parklanma yerlərinin sayı azdır, ilk növbədə bunlar artırılmalı və daha çox ehtiyac duyulan yerlərdə təşkil olunmalıdır”.
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












