Sürücülərin narazılığına səbəb olan bu yolda qoşa xətt ləğv ediləcək - VİDEO
Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 1250 mənzillik binanın sakinləri yolda çəkilən qoşa xətdən şikayətçidirlər. Onlar bildirirlər ki, qoşa xətti tapdalamamaq üçün binaya girəndə və çıxanda əlavə 300-400 metr məsafə qət etmək məcburiyyətində qalırlar. Əvvəl qoşa xəttə məhəl qoymadan hərəkət etmək mümkün idi. Təxminən 10 gün olar ki, kamera qoyulub və qoşa xətti tapdalayanlar cərimələnirlər.
Avtosfer.az-ın məlumatına görə, sakinlər iddia edirlər ki, illər əvvəl burada qırıq xətt var idi, sürcülər rahat hərəkət edə bilirdilər. Yol təmir olunduqdan sonra əraziyə qoşa xətt çəkildi.
“Xəzər Xəbər” Yerüstü Nəqliyyat Agentliyinin məsələyə münasibətini öyrənib. Bundan sonra qurumun əməkdaşları əraziyə baxış keçirib. Qoşa bütöv xətt nişanının biri bütöv, biri qırıq-qırıq olmaqla qoşa ağ xətt nişanı ilə əvəzlənməsi qərara alınıb. Yaxın günlərdə işlərə başlanacaq, binanın həyətinə giriş təmin ediləcək.
Xezerxeber.az
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












