Təhsil müəssisələrinin qarşısında parklanma üçün tələbələrə güzəşt tətbiq edilə bilərmi? - AÇIQLAMA

Paytaxtın parklanma üzrə zonalara bölünməsindən sonra təyin olunan rüsumlarla bağlı müxtəlif aspektlər müzakirə mənbəyi oldu.
Bunlardan biri də tələbələr üçün parklanma məsələsində, xüsusilə ali təhsil müəssisələrinin qarşısında salınan parklanma yerlərində, güzəştlərin edilməsidir.
Avtosfer.az xəbər verir ki, paytaxtın əsas, mərkəzi küçələrində parklanma qiymətləri hər saat üçün 1 manatdan hesablanır. Tələbələr gün ərzində altı-səkkiz saat dərsdə olduqlarını bildirir və parklanma üçün gündəlik 6-8 manat ödənişin onların büdcəsinə ciddi ziyan vurduğunu qeyd edirlər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) oxu.az-a bildirilib ki, təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalarda qeydiyyatı olan sakinlər fərdi parklanma talonu alaraq avtomobillərini onlar üçün ayrılan yerdə ödənişsiz saxlaya bilərlər: “Eyni zamanda, bu imkanlardan yararlanmaq üçün xarici vətəndaşlar da müvəqqəti qeydiyyat ünvanı üzrə müraciət etmək hüququna malikdirlər. Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı təhsil müəssisələrinə münasibətdə və digər hallarda imtiyazlar nəzərdə tutulmayıb”.
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












