Təmirli yolda nişanları görməzdən gələn sürücü təhlükəli manevr etdi - VİDEO

Novxanı–Saray yolunda (Masazır istiqamətində) kobud qayda pozan sürücü avtomobil kamerasına düşüb.
Bu barədə izləyicilərdən biri görüntüləri Avtosfer.az-ın “WhatsApp” xəttinə göndərərək məlumat verib. Hadisə martın 13-də saat 17:20 radələrində qeydə alınıb.
Kadrlardan görünür ki, 77-SM-803 dövlət qeydiyyat nişanlı “Khazar” markalı avtomobilin sürücüsü yol nişanlarının tələblərinə məhəl qoymayaraq qəfil sola dönüb.
Belə ki, o, yalnız düz istiqamətdə hərəkət etməyə icazə verən və sola dönməyi qadağan edən yol nişanlarını nəzərə almadan geriyə manevr edib.
Nəticədə sürücü görüntünü qeydə alan avtomobil üçün qəza şəraiti yaradıb. Təhlükə ilə üzləşən digər sürücü təmirli yolda çətinlikə nəqliyyat vasitəsini dayandırğını bildirib. Ardınca o, qayda pozan sürücüyə siqnal verərək xəbərdarlıq edib.
Nərmin
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












