Tofiq Bəhramov Stadionunun arxasındakı ağacları kim kəsib? - RƏSMİ AÇIQLAMA VİDEO - FOTOSESSİYA

Dövlət Ekoloji Ekspertiza Agentliyinin mətbuat katibi Elnur Ağayev tərəfindən məsələ ilə əlaqədar saytımıza bildirildi ki, ağacların kəsilməsi ilə bağlı hansısa qanunsuz əməl yoxdur:

“Bir müddət əvvəl Bakı şəhərinin bir sıra ərazilərində, məsələn, Xəzər rayonu Mərdəkan, Şüvəlan, Ramana, Binə qəsəbələrində, Qaradağ rayonu Bakı-Salyan şossesində, Səbail rayonu Bayıl yamacında, o cümlədən Nəriman Nərimanov rayonu Alı Alıyev küçəsi, Əhməd bəy Ağaoğlu küçəsi, Tofiq Bəhramov adına Respublika Stadionunun arxasında əsasən şam ağaclarında xəstəliklərin yaranması faktı aşkarlanmışdı.
Bu vəziyyətlə bağlı ölkəmizdə beş müxtəlif qurumun əməkdaşlarından ibarət monitorinq qrupu yaradılmış, qeyd olunan ərazilərə baxış keçirilmiş və nəticələri barədə ictimaiyyətə açıqlalar verilmişdir. Xəstəlik yalnız Bakı şəhəri ilə məhdudlaşmamış, Abşeron rayonu, Mingəçevir, Şirvan, Yevlax, Gəncə və Sumqayıt şəhərlərində bəzi yerlərdəki şam ağaclarında yayılmışdır.
Şam ağacları uzun müddətdir ki, naməlum xəstəliyə görə saralıb quruyurdu. Xəstəliyin yayılmasının qarşısını almaq üçün İsraildən və Türkiyədən mütəxəssislər dəvət edilmiş, dərmanlama və digər xüsusi qulluq tədbirləri həyata keçirilmişdir. Nəticədə, xəstəliyin daha geniş yayılmasının qarşısı alınmışdır.
Əhməd bəy Ağaoğlu küçəsindəki həmin qurumuş ağaclarla bağlı Agentliyimiz tərəfindən rəy verilib. Burada hər hansı qanunsuz ağac kəsilməsi faktı mövcud deyil və fotolardan da göründüyü kimi, kəsilən ağacların yerinə yerli iqlimə uyğun yeni ağaclar əkilib”.
***
13:00
***
Paytaxtın mərkəzində kimliyi məlum olmayan şəxslər tərəfindən ekoloji cinayət törədilib.
Avtosfer.az xəbər verir ki, Bakının Nərimanov rayonunda yerləşən Tofiq Bəhramov adına Respublika Stadionun arxasındakı küçədə naməlum şəxslər tərəfindən ağaclar kütləvi şəkildə qırılıb.
Belə ki, rayonun Əhməd bəy Ağaoğlu küçəsi boyu uzanan geniş yaşıllıq ərazidə onlarla ağac kəsilib. ərazidən keçən vətəndaş tərəfindən çəkilən video social şəbəkələrdə narazılığa səbəb olub. İstifadəçilər bildirir ki, kəsilən ağacların əksəriyyəti qurumayıb, kəsilmə səbəbi ilə bağlı məlumat verilməlidir.
Vətəndaşlar aidiyyəti qurumların məsələni təcili nəzarətə götürüb araşdırmasını, qurumadığı halda ağacları kəsənlərin cəzalandırılmasını xahiş edib.
Sosial şəbəkələrdə yayılan həmin videonu sizə təqdim edirik:
Fidan
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO

















