Avtomobilin konstruksiyasında dəyişiklik edərək yol hərəkəti qaydalarını pozan sürücü saxlanıldı - FOTO

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon ərazisində “VAZ-2107” markalı avtomobilə konstruksiya dəyişikliyi edərək yol hərəkəti qaydalarını kobud surətdə pozan sürücü saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayonun Arbatan kənd sakini N.Babayevə idarə etdiyi nəqliyyat vasitəsində qeyd edilən qayda pozuntusuna yol verdiyi üçün saxla işarəsi verilib.
Yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində inzibati qaydada tədbirlər görülən zaman isə sonuncu buna maneəçilik yaradaraq, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb.
N.Babayev barəsində Salyan RPŞ-də qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, toplanmış materiallar baxılması üçün aidiyyatı üzrə rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə sonuncu 10 sutka inzibati qaydada həbs edilib.
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO















