Velosiped zolaqlarını parkinqə çevirən sürücüləri siz də tanıyın - VİDEO

Paytaxtda velosiped zolağını zəbt edən avtomobillər görüntülənib.
Avtosfer.az xəbər verir ki, velosipedlər üçün ayrılmış zolaqda bir neçə avtomobil parklanaraq velosiped sürücülərinin və skuterçilərin hərəkətinə maneə yaradıblar. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) əməkdaşları yerdə zolağın təyinatını əks etdirən nişanlarla yanaşı, əlavə məlumat zolaqlarını da çəkirlər. Velosiped zolağının üzərinə çəkilən boya bu zolaqda velosipedçilərin və skuterçilərin hərəkət üstünlüyünə malik olduqlarını bildirir. Lakin bəzi sürücülər ya zolağın əhəmiyyətini anlamır ya da qaydaları heçə sayırlar.
Qeyd edək ki, velosipedçilər üçün çəkilmiş zolaqları zəbt edən sürücülərin hər biri İnzibati Xətalar Məcəlləsinin “nişanın tələbinin pozulması” maddəsinə əsasən 40 manat məbləğində cərimə olunmalıdır.
Məhhəbbət Tərlanoğlu
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












