Xətaidə səfirliyə məxsus “BMW” piyadaları təhlükə ilə üz-üzə qoydu - VİDEO

Paytaxtın Xətai rayonu, Süleyman Vəzirov küçəsi 17 ünvanında qayda pozan sürücü görüntülənib.
Avtosfer.az xəbər verir ki, bu barədə ərazidən keçən vətəndaşlardan biri sosial şəbəkə hesabında paylaşım edib. Videodan görünür ki, səfirliyə məxsus 085 D 001 dövlət nömrə nişanlı, “BMW” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini adacığın üzərində park edib.
Bununla yanaşı, avtomobil piyada keçidinin yaxınlığında saxlanıldığı üçün yolu keçən piyadaların hərəkətinə də təhlükə yaradıb. Şikayətçinin sözlərinə görə, hətta piyadalardan biri keçiddən istifadə edərkən az qala avtomobilə çırpılacaqdı.
Qeyd edək ki, qanunvericiliyə əsasən, nəqliyyat vasitələrinin piyada keçidlərinin üzərində və ya onlara yaxın məsafədə, eləcə də adacıqların üzərində saxlanılması və park edilməsi qadağandır. Bu cür hallarda sürücü inzibati məsuliyyətə cəlb oluna və cərimə oluna bilər. Səfirlik avtomobillərinin sürücüləri də yol hərəkəti qaydalarına riayət etməli və digər hərəkət iştirakçılarına təhlükə yaratmamalıdır.
Nərmin
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO
Necə gəldi sola dönən sürücü az qala qəzaya səbəb olacaqdı - VİDEO
Sıxlıqdan yayınmaq üçün əks yola çıxıb təhlükə yaratdı - VİDEO












