Yaşayış zonasında “avtoşluq” edən sürücü HƏBS OLUNDU - RƏSMİ - VİDEO

Sabunçu rayonu Maştağa qəsəbəsində avtoxuliqanlıq edərək özünü videoya çəkən və sosial şəbəkə hesabında paylaşan sürücü yol polisi tərəfindən müəyyən olunub.
Avtosfer.az-ın məlumatına görə, 90-MS-496 dövlət nömrə nişanlı “VAZ-2104” markalı avtomobilin sürücüsü Əmir Firdovsi oğlu Orucov Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, protokol tərtib edilərək baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən sürücü Orucov Əmir 15 gün müddətində inzibati qaydada həbs edilməklə 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.
Qeyd edək ki, qayda pozan sürücüylə bağlı bir gün öncə saytımızda xəbər dərc olunub. Belə ki, o yaşayış ərazisində sürət həddini aşaraq əhalinin dincliyini nümayişkəranə şəkildə pozub “avtoşluq” etmişdi.
Nərmin
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












