Yol polisi bu qapıya görə sürücüyə 150 manat cərimə yazdı – Qanun kimin tərəfindədir? - FOTO

Biləsuvar rayonunda haqsız cərimələndiyini iddia edən sürücü redaksiyamıza şikayət ünvanlayıb.
Avtosfer.az xəbər verir ki, sürücü Ramin Bənicalali idarə etdiyi 20-EL-359 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin konstruksiyasına heç bir müdaxilə etmədiyi halda cərimələndiyini bildirib. "Biləsuvar rayonu ərazisində hərəkət edərkən Cəbrayıl rayon Dövlət Yol Polisi Bölməsinə məxsus 99-YP-651 dövlət qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobilinin əməkdaşları məni dayandırdı. Onlar avtomobilin konstruksiyasına dəyişiklik etdiyimi və bunu qeydiyyat şəhadətnaməsinə yazdırmadığımı bildirdilər.

Polis əməkdaşı avtomobilin arxa yük yerinin düymə ilə aşağıya doğru açılmasının qanunsuz olduğunu deyərək, nəqliyyat vasitəmi duracağa yerləşdirdi. Avtomobil bir gün duracaqda saxlanıldıqdan sonra mənə 150 manat məbləğində cərimə tətbiq edildi və bundan sonra sərbəst buraxıldım," – deyə sürücü bildirib.

Avtosfer.az əlavə edir ki, avtomobilə edilən istənilən dəyişiklik konstruksiya dəyişikliyi hesab oluna bilər. Lakin qanunvericilikdə bu dəyişikliklərin yalnız normativ tələblərə uyğun olmayan hallarda qadağan edildiyi göstərilib. Avtomobilin yük yerinin düymə vasitəsilə açılıb-bağlanması ilə bağlı qanunvericilikdə heç bir normativ tələb və ya qadağa mövcud deyil. Bu səbəbdən, yük yerinin bu və ya digər formada açılıb-bağlanması qayda pozuntusu hesab edilə bilməz. Əsas olan odur ki, avtomobilin təyinatı dəyişdirilməsin.

Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sistemində əks olunan mühərrik, ban, şassi nömrəsi, avtomobilin rəngi və ya yanacaq növü kimi məlumatlarda dəyişiklik olduqda nəqliyyat vasitəsi yenidən qeydiyyata alınmalıdır. Digər hallarda qeydiyyat şəhadətnaməsinə hansısa məlumatın əlavə olunması tələbi qanunvericilikdə nəzərdə tutulmayıb.

Nərmin
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












