Yol polisi əməkdaşı sürücünü bu ərazilərdə dayandıra bilərmi? - QAYDALAR - FOTO

Bakıda yol polisi əməkdaşı qayda pozan sürücünü məsuliyyətə cəlb edən zaman özü də qayda pozub. Bu barədə oxuculardan biri hadisə anını qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Parlament prospektində baş verib. Belə ki, polis əməkdaşı sürücünü dayandıran zaman piyada keçidinin üzərində saxlayıb. Bu cür hallarla bağlı qanunvericilik nə deyir?
Qeyd edək ki, dayanma-durmanın qadağan edildiyi yerlərdə, hərəkətə maneə yaranan ərazilərdə yol polisi əməkdaşının sürücünü dayandırmasına qanunvericilik icazə vermir. Sürücüyə "saxla" işarəsi verən zaman onu elə yerdə dayandırmalıdır ki, hərəkət iştirakçılarına maneə yaranmasın və "Yol hərəkəti haqqında" qanunun digər tələbləri pozulmasın. Bu görüntüdəki yol polisi əməkdaşı dayanma-durma qaydasını pozduğu üçün kənardan baxan insanlara pis nümunə olub. Hadisəni qeydə alan oxucu polis əməkdaşının bu hərəkətini irad kimi qəbul edir və tamamilə də haqlıdır. Hesab edirik ki, yol patrul xidməti əməkdaşları sürücülərin yol hərəkəti qaydalarını pozduğunu aşkarlayanda, onların dayandırılması zamanı bu cür məqamlara diqqət edərlər.
Leyla
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












