Yol polisi yaşıl işıqda keçən sürücüyə cərimə yazdı - FOTO - VİDEO

Qayda pozmadığı halda cərimələndiyini iddia edən sürücü redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, hadisə Masallı rayonunda baş verib. Sürücü Pərviz Nəsirov bildirir ki, Masallı şəhəri Həzi Aslanov küçəsində hərəkətdə olarkən svetoforun yaşıl işığında geriyə dönüb. Bu zaman ərazidə xidmət aparan yol polisi əməkdaşı onu dayandıraraq qırmızı işıqda keçdiyini bildirib. Sürücü qayda pozmadığını desə də, polis əməkdaşı onu İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal və 100 manat məbləğində cərimə edib.
Videogörüntüdən də aydın şəkildə görünür ki, sürücü stop xəttini keçən zaman svetoforun yaşıl işığı yanılı olub. Yolayrıcına daxil olduqdan sonra isə yaşıl işıq yanıb-sönərək qırmızı işığa keçib.
"Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir. Bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər.

Könül Rauf
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO
Sol zolaqdakı maşının yoluna çıxıb təhlükəli anlar yaşatdı - 77-XU-115 - VİDEO












