Yolu kəsib dava edən qoçu sürücünü yol polisi saxladı: MƏHKƏMƏYƏ ÇIXARILACAQ - VİDEO

Bakıda yol hərəkəti qaydasını pozan sürücünün videosunu oxuculardan biri qeydə alaraq redaksiyamızın qaynar xəttinə göndərib. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 27-də, paytaxtın Hənifə Ələsgərov küçəsində baş verib. Belə ki, 77-ME-910 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü öncə sağa hərəkət təşkil edilmiş zolağa daxil olaraq həmin istiqamət üzrə hərəkət edənlərin yolunu kəsib. Daha sonra isə orta zolağa yerdəyişmə etmək istəyən zaman görüntünü qeydə alan sürücüyə qəza şəraiti yaradıb. Bu azmış kimi onun qarşısını kəsərək hərəkəti tam şəkildə məhdudlaşdırıb. Səhv olduğu halda üzr istəmək əvəzinə avtomobildən düşərək dava etməyə başlayıb.
Bütün bunlardan sonra o yenidən hərəkətə başlayan zaman görüntünü qeydə alan sürücünün yolunu kəsməkdə davam edib.
Videogörüntünü qeydə alan oxucu bildirir ki, yol polisi artıq həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsilə protokol tərtib edib və toplanılmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.
Fərid
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












