Yük maşınlarına ressor sayının çoxluğuna görə yazılan cərimələr qanunsuzdur? - DYP-dən AÇIQLAMA

Yük avtomobillərinə bəzən qanunsuz olaraq cərimə protokolları yazıldığı barədə iddialar var. Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Qeyd edilir ki, söhbət yük maşınlarına ressor sayının çoxluğuna görə Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən yazılan cərimələrdən gedir. Sosial şəbəkələrdə müzakirələr açan yük maşını sürücüləri əsası olmayan cərimələrin yazılmasına aydınlıq gətirilməsini istəyiblər.
İddia edilir ki, qanuni əsası olmayan cərimələr barədə müraciət olunarsa, məsələ araşdırılır. Nəticədən asılı olaraq, cərimələr ya silinir, ya da məhkəməyə müraciət edilir.
Bəs görəsən, yük maşınlarında ressor sayına görə DYP əməkdaşlarının yazdığı cərimə əsaslıdır, yoxsa əsassız?
Məsələ ilə bağlı rəsmi məlumat almaq və bu barədə sürücülər tərəfindən hər hansı şikayətin olub-olmadığını dəqiqləşdirmək məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.
İdarənin inspektoru, polis leytenantı Elvin Hacıyev Oxu.az-a açıqlamasında bildirib ki, yük avtomobillərinin asqılarında, o cümlədən yarımsərt asqıların elastik elementi olan ressorlarda konstruksiya dəyişikliyinin aparılması məsuliyyət yaradır:
“Belə ki, belə halların aşkarlanması zamanı DYP əməkdaşları “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsinin 9-cu bəndinə əsasən, yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirirlər. Yəni Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşı İnzibati Xətalar Məcəlləsinin (İXM) 96.1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, yəni nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə fiziki şəxslər nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılırlar. Həmçinin, həmin hallar aradan qaldırılanadək nəqliyyat vasitəsi saxlanılması üçün müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına göndərilir.
Nəzərinizə çatdırırıq ki, nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıqların quraşdırılması və ya dəyişdirilməsi - nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulması hesab olunur. Bu hallar İnzibati Xətalar Məcəlləsinin (İXM) 342-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yaradır”.
Tıxacda gözləməyib adacığı hərəkət zolağına çevirdi – 10-RR-720 - VİDEO
Sıxlığı görən sürücü əks yola çıxıb yük maşınının yolunu kəsdi - VİDEO
Maşınını blokun girişində saxlayan qadın hamının yolunu kəsdi - VİDEO
Bakıda tuneldə qəza riski: Sürücülər xəbərdarlıq nişanını unutdu - VİDEO
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü 45 sutka HƏBS EDİLDİ - VİDEO
Qırmızı işıqda gözləməyə səbri çatmayan sürücü yolayrıcında təhlükə yaratdı - VİDEO
Təhlükəsizlik adacığını parkinq yeri ilə səhv salan sürücü – 99-QR-260 - VİDEO
Yaşıl işıqda hərəkət edən sürücü hansı halda qaydanı pozmuş sayılır? – VİDEO
Maşını ilə yolu kəsdi, uşağı ilə də özünü avtomobilin önünə atıb qorxulu anlar yaşatdı - VİDEO
Keçiddə yol verən maşını görsə də dayanmayıb piyadaya təhlükə yaratdı - VİDEO
Su ilə dolu yolda sürətini azaltmayan sürücü kuryeri başdan-ayağa islatdı - VİDEO












