Cəlilabadda qəza - Ölən və xəsarət alan var - FOTO - VİDEO - YENİLƏNİB

Cəlilabadda baş verən yol qəzası ilə bağlı TƏBİB açıqlama verib.
Avtosfer.az xəbər verir ki, bu gün saat 11:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1991-ci il təvəllüdlü (kişi cinsli) şəxs Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona sol dizin travması diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Qəza nəticəsində 1 nəfərin həkiməqədər ölüm halı qeydə alınıb.
****
Cəlilabadda yol qəzasında ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.
Avtosfer.az xəbər verir ki, hadisə nəticəsində rayonun Göytəpə şəhər sakini, 1965-ci il təvəllüdlü Əyyub Əsədov ölüb, Ağcabədi rayon sakini, 1991-ci il təvəllüdlü Orxan Səfərov isə yaralanıb.
Faktla bağlı araşdırma davam etdirilir.
***
Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, "VAZ 2110" markalı minik avtomobili ilə "Qazel" markalı yük avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
(unikal)
Ucarda qəzada boğulub ölən şəxs müəllim imiş - FOTO
Şəkidə ağır qəza: Yaralanan var
Gəncədə "KamAz" avtobusla toqquşdu - Xəsarət alan var
Şəmkirdə “Hyundai" ağaca çırpılıb, ölən və ağır xəsarət alan var - VİDEO
Qəbələdə buzlu yolda "Rang Rover" yol kənarına aşıb - VİDEO
Naxçıvanda "KIA" avtobusla toqquşdu - Xəsarət alanlar var
Şəmkirdə "VAZ" beton maneyə çırpıldı - FOTO
Avtomobil kanala düşdü - Ölən var
Keçiddən keçməyən 84 yaşlı piyadanı motosiklet vurub öldürdü - VİDEO
Zolağa baxmadan manevr edən sürücü qəza törətdi - ANBAAN VİDEO
Motosiklet yük maşınına çırpıldı - Rusiya vətəndaşı öldü












