Bu şəxslərə bayram günü avtobus biletlərində güzəşt edilə bilər

Novruz bayramı yaxınlaşdıqca paytaxtdan rayonlara üz tutanların sayı xeyli artır. Xüsusilə, tələbələr bayram günlərini ailələri ilə keçirmək üçün Bakını tərk edir və bu da onların gediş-gəliş xərclərini artırır. Bəs bayram günlərində tələbələrin rayonlara səfərini asanlaşdırmaq üçün avtobus və qatar biletlərində xüsusi güzəşt və ya endirimlərin tətbiqi mümkündürmü?
Avtosfer.az xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, bayram günlərində tələbələr üçün nəqliyyatda güzəştlərin tətbiqi müsbət addım olar.
Deputatın sözlərinə görə, belə bir təşəbbüs tələbələr üçün həm maddi baxımdan dəstək, həm də bayram hədiyyəsi kimi qiymətləndirilə bilər:
“Bu güzəştlərin nəzərdə tutulması yaxşı olar. Tələbələr üçün bayram günlərində böyük bir hədiyyə kimi dəyərləndirilər. Bunun tərəfdarıyam. Müvafiq qurumlar bunu nəzərə ala bilər”.
Qeyd edək ki, Novruz ərəfəsində rayonlara sərnişin axınının artması səbəbindən avtobus və qatar biletlərinə tələbat da xeyli yüksəlir. Bu baxımdan tələbələr üçün mümkün güzəştlərin tətbiqi onların bayram səfərlərini daha əlçatan edər.//konkret.az
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?











