Mayda ödənişlər tam həcmdə veriləcək - Mühüm dəyişiklik - VİDEO

İşçilərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət 2026-cı ilin may ayından etibarən tam həcmdə veriləcək. Söhbət çoxlarının "bülleten pulu" adlandırdıqları ödənişdən gedir. Avtosfer.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilir. Belə ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərara dəyişiklik edib.
Hüquq müdafiəçisi Sahib Məmmədov deyir ki, dəyişikliyə qədər qanunvericilikdə sözügedən müavinətin tam şəkildə ödənilməsi hər kəsə şamil olunmurdu:
"Əvvəllər belə bir sxem var idi ki, sığorta stajından asılı olaraq müavinət 60 %, 80 % və 100 %-ə qədər hesablanırdı. İndi qaydaların 2.16-cı bəndinə əsasən, bu, 100 % həcmində bütün sığorta olunanlar üçün ödəniləcək".
Qanunvericiliyə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət azı 6 ay iş stajı olan şəxslərə şamil edilir. Müavinətin məbləği aylıq vəzifə maaşının 2 qatından və ya minimum pensiya məbləğinin 25 mislindən çox ola bilməz. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 gününə görə müavinət işəgötürənin vəsaiti hesabına ödənilir. 14 gündən çox olan hissəyə görə ödənişi Dövlət Sosial Müdafiə Fondu qarşılayır.
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat










