Nazirdən sosial ödənişlərlə bağlı MÜHÜM XƏBƏR

Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, 2018-ci ildən ölkədə beş sosial islahat paketi icra olunub və bu paketlər üçün illik əlavə maliyyə vəsaiti 8 milyard manat təşkil edir.
Anar Əliyev forumun Vətən müharibəsində qazanılmış Zəfərin altıncı ildönümü günlərində keçirildiyini diqqətə çatdırıb, şəhid ailələri və müharibə iştirakçılarına göstərilən sosial dəstək tədbirlərindən danışıb.
O, “SOCGOV 2026” forumunun Xankəndidə keçirilməsinin simvolik əhəmiyyət daşıdığını, azad edilmiş ərazilərdə qurulan yeni həyatın və ağıllı şəhər konsepsiyasının təqdimatı baxımından önəmli olduğunu vurğulayıb.
Nazir, həmçinin sosial xidmətlərin elektronlaşdırılması, əlilliyin qiymətləndirilməsi, məşğulluq xidmətlərinin təkmilləşdirilməsi və inzibati proseslərin avtomatlaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.
Bildirilib ki, DOST mərkəzlərində göstərilən xidmətlərin 90 faizdən çoxu elektronlaşdırılıb. Sosial islahatların nəticələri beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib və bu sahədə əldə olunan uğurlar 300-dən çox beynəlxalq mükafat və sertifikatla təltif olunub.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ










